Samsung Galaxy Watch cihazını jestlərlə necə idarə etmək olar?

Son yeniləmə tarixi : 04-03-2026

Əgər Galaxy Watch-un sensor ekranını idarə etməkdə çətinlik çəkirsinizsə, "Universal jestlər" funksiyasından istifadə edin. Bu funksiya sayəsində ağıllı qadcetinizin ekranına toxunmadan onu yalnız jestlərlə idarə edə biləcəksiniz. Bu funksiyanı necə aktivləşdirmək və onun hansı əlavə tənzimləmələrə malik olduğunu öyrənmək üçün məqaləmizi oxuyun.

Qeyd:

  • "Universal jestlər"in tam funksionallığına yalnız Samsung Galaxy smartfonlarında zəmanət verilir. Digər istehsalçıların cihazlarına qoşulduqda isə tənzimləmələrin bir hissəsi əlçatmaz ola bilər.
  • Təəssüf ki, "Universal jestlər" funksiyası ilə Galaxy Watch ekranındakı məlumatların səsli oxunmasını aktivləşdirmək mümkün deyil.
  • Təəssüf ki, "Universal jestlər" funksiyasını TalkBack seçimi ilə birlikdə istifadə etmək mümkün deyil.
Universal jestlərin qurulması

Samsung Galaxy-də "Universal jestlər" funksiyasını necə aktivləşdirmək olar?

Qeyd:

"Universal jestlər" funksiyasının işləməsi üçün Galaxy Watch cihazını Samsung Wearable tətbiqi vasitəsilə smartfona qoşmaq lazımdır.

Wearable bilən tətbiqin əsas səhifəsi Wearable bilən tətbiqin əsas səhifəsi

1. Wearable tətbiqini açın və Saat parametrləri bölməsinə keçin.

Xüsusi imkanlar Xüsusi imkanlar

2. Xüsusi imkanlar seçin.

Əlaqə və cəldlik Əlaqə və cəldlik

3. Əlaqə və cəldlik bölməsinə keçin.

Universal jestlər Universal jestlər

4. Universal jestlər bölməsini açın.

Güc düyməsi Güc düyməsi

5. Funksiyanı işə salmaq üçün sürüşdürücü düyməyə toxunun.

Galaxy Watch-da "Universal jestlər" funksiyasından necə istifadə etmək olar?

"Universal jestlər" seçimi Galaxy Watch-u jestlərlə idarə etməyə imkan verir.

  • "İki dəfə yumruq tutun" jesti funksiyanı aktivləşdirmək üçün nəzərdə tutulub. Bundan sonra Galaxy Watch ekranında sarı çərçivə yaranacaq. Bu, "Universal jestlər"in istifadəyə hazır olduğunu bildirir.
Galaxy saatındakı seçim çərçivəsi
  • "İki barmağınızı yaxınlaşdırın" və "İki barmağınızı iki dəfə yaxınlaşdırın" jestləri ilə Galaxy Watch ekranında irəli və ya geri hərəkət etmək mümkündür. Seçilmiş obyektlər sarı çərçivə ilə vurğulanacaq.
İki barmağınızı yaxınlaşdırın
  • "Yumruq tutun" jestindən istifadə edərək Galaxy Watch-da seçilmiş obyektlərə toxunmaq və onları açmaq mümkündür.
Yumruq tutun
  • Təkrar "İki dəfə yumruq tutn" jesti vasitəsilə əlavə komandaların olduğu fəaliyyətlər menyusu açılır. Məsələn, ekranda sağa və ya sola sürüşdürmək, səhifəni aşağı və ya yuxarı çevirmək olar.
İki dəfə yumruq tutn

Samsung Galaxy-də "Universal jestlər" funksiyasını necə tənzimləmək olar?

"Universal jestlər" funksiyasını ilk dəfə işə saldıqda Galaxy Watch-un idarəetməsi standart olaraq tənzimlənmiş olur. Siz jestləri, vurğulayıcı çərçivəni, reaksiya vaxtını və ekranda hərəkət sürətini fərdi olaraq tənzimləyə bilərsiniz.

Qeyd:

Əgər "Universal jestlər" funksiyası smartfonun tənzimləmələrində söndürülübsə, onu tənzimləmək və jestlə aktivləşdirmək mümkün olmayacaq.

  • "Jestlər" bölməsində onların funksiyasını dəyişə və idarəetməni sizin üçün rahat olacaq şəkildə tənzimləyə bilərsiniz.
Universal jestlər > Jestlər Universal jestlər > Jestlər

1. Universal jestlər funksiyasının tənzimləmələrində Jestlər bölməsinə keçin.

İki barmağınızı yaxınlaşdırın İki barmağınızı yaxınlaşdırın

2. Yeni funksiya vermək istədiyiniz jesti seçin. Məsələn, İki barmağınızı yaxınlaşdırın.

Saatda cəhd et Saatda cəhd et

3. Saatda cəhd et düyməsinə basdıqda, Galaxy Watch ekranında seçilmiş jesti düzgün necə etmək barədə təlimat görünəcək.

Uyğun fəaliyyəti seçin Uyğun fəaliyyəti seçin

4. Uyğun fəaliyyəti seçin.

  • "Aktivləşdirmə metodu" bölməsində funksiyanı yandırmaq üçün jesti dəyişə bilərsiniz. Bunun üçün üzərinə toxunun və fəaliyyəti seçin.
Aktivləşdirmə metodu
  • "Avtomatik aktivləşdirmə" sizə zəng gəldiyini və ya zəngli saatı söndürmək lazım olduğunu müəyyən edir və "Universal jestlər" funksiyasını dərhal istifadə edə bilməyiniz üçün onu avtomatik aktivləşdirir. Onu işə salmaq üçün sürüşdürücü düyməyə toxunun.
Avtomatik aktivləşdirmə
  • Funksiyanın aktivləşdiyini Galaxy Watch ekranında vizual olaraq göstərən çərçivənin rəngini dəyişmək istəyirsinizsə, "Fokus göstərici rəngi" parametrindən istifadə edin. Bölməni açın və istədiyiniz rəngi seçin.
Fokus göstərici rəngi
  • "Avtomatik skanlama" – əlavə jestlərdən istifadə etmədən Galaxy Watch ekranındakı obyektləri vurğulamağa kömək edən bir seçimdir. Məsələn, Galaxy Watch-da tənzimləmələri aça bilərsiniz və avtomatik skanlama rejimində siz "toxunmaq" jesti ilə onu dayandırana qədər hər bir menyu bəndi yuxarıdan aşağıya doğru növbə ilə seçiləcək. Bu seçimi tənzimləmək üçün aşağıdakı təlimata baxın.
Avtomatik skanlama Avtomatik skanlama

1. Avtomatik skanlama bölməsini açın.

"Avtomatik skanlama" funksiyasını aktivləşdirmək üçün düymə "Avtomatik skanlama" funksiyasını aktivləşdirmək üçün düymə

2. Funksiyanı işə salmaq üçün sürüşdürücü düyməyə toxunun.

Skanlama sürəti Skanlama sürəti

3. Çərçivənin Galaxy Watch ekranında obyektləri nə qədər tez vurğulayacağını tənzimləmək üçün Skanlama sürəti seçimini edin.

Funksiya sürət səviyyəsinin tənzimlənməsi Funksiya sürət səviyyəsinin tənzimlənməsi

4. Skanlama sürətinin sizin üçün rahat olan səviyyəsini qeyd edin. Məsələn, orta.

Skanlamaların sayı Skanlamaların sayı

5. Funksiyanın tənzimləmələrinə geri qayıdın və skanlamanın təkrar olunma tezliyini seçmək üçün Skanlamaların sayı bölməsini açın.

Tarama sayının qurulması Tarama sayının qurulması

6.Galaxy Watch-da açdığınız bölmənin skanlanmasının təkrar sayını seçin. Məsələn, 2. Hazırdır!

  • "Kursor ilə skanlama" bölməsində "Universal jestlər" funksiyası aktiv olduqda obyektləri vurğulayan çərçivənin işini tənzimləyə bilərsiniz:

"Kursorun sürəti" — çərçivənin Galaxy Watch ekranında nə qədər sürətlə hərəkət edəcəyi;

"Əməliyyat öncəsi ləngimə vaxtı" — fəaliyyət yerinə yetirilməzdən əvvəl fasilə;

"Kursor rəngi" — çərçivənin rəngini seçmək.

Hər bir seçimi necə tənzimləmək barədə aşağıdakı təlimata baxın.

Kursor ilə skanlama Kursor ilə skanlama

1. Kursor ilə skanlama bölməsini açın.

Kursorun sürəti Kursorun sürəti

2. Kursorun sürəti seçimini edin.

Sürət səviyyəsinin seçilməsi Sürət səviyyəsinin seçilməsi

3. Rahat olan sürət səviyyəsini qeyd edin. Məsələn, orta.

Əməliyyat öncəsi ləngimə vaxtı Əməliyyat öncəsi ləngimə vaxtı

4. Kursor ilə skanlama tənzimləmələrinə qayıdın və Əməliyyat öncəsi ləngimə vaxtı bölməsini açın.

Fasilə seçimi Fasilə seçimi

5. Kursorun fəaliyyətdən əvvəlki rahat reaksiya sürətini seçin. Məsələn, qısa.

Kursor rəngi Kursor rəngi

6. Kursor ilə skanlama tənzimləmələrinə qayıdın və Kursor rəngi bölməsini açın.

Kursor rənginin seçilməsi Kursor rənginin seçilməsi

7. Bəyəndiyiniz rəngi qeyd edin.

Universal jest parametrləri Universal jest parametrləri

8. Hazırdır! Kursorun işi tənzimləndi.

  • "Əməliyyat menyusunda sevimli seçimlər" bölməsində jestlə fəaliyyət menyusunu çağırdığınız zaman Galaxy Watch ekranında görünəcək komandaları əlavə edə bilərsiniz.
Əməliyyat menyusunda sevimli seçimlər Əməliyyat menyusunda sevimli seçimlər

1. Əməliyyat menyusunda sevimli seçimlər seçilmişlər bölməsini açın.

Komanda əlavə etmək üçün düymə Komanda əlavə etmək üçün düymə

2. Seçilmişlərə əlavə et düyməsinə toxunun.

Komanda işarəsi Komanda işarəsi

3. Fəaliyyət menyusuna əlavə etmək istədiyiniz komandanı qeyd edin. Hazırdır düyməsinə toxunun.

Əlavə edilmiş əmrlərin siyahısı Əlavə edilmiş əmrlərin siyahısı

4. Komanda seçilmişlərə əlavə olunur.

"Universal jestlər" funksiyası Galaxy Watch-un istifadəsini daha da rahat etməyə kömək edir. Sadələşdirilmiş naviqasiya üsulu sizə Galaxy Watch-u cihazın taxıldığı qolunuzla idarə etməyə imkan verəcək.

Əgər bu funksiya sizi maraqlandırmırsa, onu istənilən vaxt smartfonunuzun tənzimləmələrində söndürə bilərsiniz.

Tövsiyələr Samsung şirkəti tərəfindən təqdim edilib və yoxlanılıb.

Şərhiniz üçün təşəkkür edirik!